logo

SOCAR Şuşada yanacaqdoldurma məntəqəsi tikir

13:31 21-12-2021 | icon 2233
SOCAR Şuşada yanacaqdoldurma məntəqəsi tikir

Azad edilən ərazilərdə yeni yolların çəkilməsi, elektrik xətlərinin çəkilişi və digər quruculuq işləri gedir. Bu işlər çərçivəsində Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində SOCAR-ın ilk yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Yanacaqdoldurma məntəqəsi həm Azərbaycan üçün nəzərdə tutulub, həm də beynəlxalq daşımalarda iştirak edən avtomobillər buradan yanacaq götürə bilərlər.

YeniAvropa xəbər verir ki, bunu KİV-ə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev bildirib ki, prezident İlham Əliyevin göstərişi ilə azad olunmuş torpaqların qazla təminatı proqramına baxılır, layihələndirilir və tez bir zamanda bu işlərə də başlanacaq: “Gorus-Qafan yolu üzərində istifadəyə verilən YDM Azərbaycanın Şərqi Zəngəzurda ilk yanacaqdoldurma stansiyasıdır. Bundan başqa, Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir. Ağdamda, Füzulidə - tikinti işləri gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır”.