“Xudafərin” və “Qız Qalası” SES-lərinin inşası 2-3 ilə tamamlanacaq
“Azad olunmuş ərazilərdə bir sıra böyük layihələrin məhz xarici investisiyalar hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir”.
YeniAvropa xəbər verir ki, bu bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, hazırlanmış “Yaşıl enerji zonası konsepsiyası” investorlar da daxil olmaqla hər kəs üçün bölgəni ekoloji cəhətdən təmiz enerji ilə təchiz edərək böyük miqyaslı fəaliyyətin aydın mənzərəsini yaradır: “Bu ərazilərdə yaşıl xarici sərmayə qoyuluşunun ilk nümunəsi 240 meqavatlıq günəş elektrik stansiyası üzrə BP ilə əməkdaşlığımızdır. Xarici investisiya hesabına digər bir layihənin Kəlbəcər və Laçın ərazisində reallaşdırılması nəzərədə tutulur. 100 meqavat gücündə külək elektrik stansiyası layihəsinə marağın öyrənilməsi məqsədilə investorlara məlumat sorğusu sənədi təqdim olunub”.
P.Şahbazov vurğulayıb ki, bundan əlavə işğaldan azad olunmuş ərazilərdə hidroenerji potensialının istifadə olunması istiqamətində müvafiq işlər görülür: “Həmçinin 140 meqavat gücündə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının inşasının yaxın 2-3 ildə tamamlanması da regionun yaşıl enerji zonasına çevrilməsinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVT-dır. O cümlədən “Xudafərin” SES-in gücü 200 MVT, “Qız Qalası” SES-in gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb