Bakıda türk dövlətlərinin kosmik agentliklərinin toplantısı keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısı keçirilib.
YeniAvropa xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iştirakı ilə baş tutan toplantıda əsas məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.
Toplantıda Türkiyənin Kosmik Agentliyi, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsi, Özbəkistanın Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi, Türkmənistanın Sənaye və Rabitə Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Kosmik tədqiqatlar şöbəsinin rəsmi nümayəndələri iştirak ediblər.
12 noyabr tarixində İstanbul şəhərində baş tutan türkdilli dövlətlərin əməkdaşlıq şurasının “Zirvə Görüşü”nün nəticəsi olaraq təşkil olunan bu toplantıda “Türk dünyası vizyonu – 2040” sənədinin türk dövlətləri üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Bu sənəddə kosmik sahə üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri də yer alıb. Belə ki, müvafiq agentliklər və qurumlar arasında kosmik sahə üzrə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə qarşılıqlı işgüzar münasibətlərin və kosmik diplomatiyanın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində qarşılıqlı formada bilik və bacarıqların artırılması xüsusi qeyd olunub.
Eyni zamanda qonaqlara son 10 il ərzində Azərbaycanın kosmik sahədəki fəaliyyəti, telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” və Yerin müşahidəsi peyki “Azersky”, peyklərin resursları vasitəsilə Avropa, Afrika və Mərkəzi Asiya ölkələrində həyata keçirilən irihəcmli layihələr və yeni imkanlardan bəhs edilib.
Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib və görüş vasitəsilə türk dövlətlərinin kosmik ictimaiyyəti Bakıda keçiriləcək konqresə dəvət olunub.
Daha sonra toplantı çərçivəsində dünyanın kosmik sahəsinin dinamik inkişafı fonunda türk ölkələrində bu sahənin inkişafı, birgə fəaliyyətin gücləndirilməsi, türk kosmik agentlikləri ilə təcrübə mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə edilib.
Toplantı Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin aktiv çıxışları və diskussiyaları ilə davam edib.
Sonda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə kosmik sahə üzrə birgə əməkdaşlığın inkişafına dair rəsmi sənəd imzalanıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb