"Azercell"in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”
Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, "Azercell" Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiqi üzrə hazırlıq səviyyəsinə görə “İlin ən innovativ şirkəti” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Mükafatın virtual təqdimat mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin Prezidenti Zərinə Zeynalova etimad üçün münsiflər heyətinə təşəkkürünü bildirib. Xanım Z.Zeynalova Azərbaycanda Əşyaların İnterneti əsasında az enerji tələbatlı sensorlar konsepsiyasını tətbiq edən ilk şirkətin "Azercell" olduğunu vurğulayıb: “Əşyaların İnterneti texnologiyasının təklif etdiyi geniş imkanlardan yararlanaraq daha rahat, rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaq və beləliklə innovativ həlləri abunəçilərimiz üçün əlçatan etmək - prioritet məqsədlərimiz sırasındadır. "Azercell Telekom" ölkə prezidentinin çağırışına əsasən işğaldan azad olunmuş ərazilərdə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konsepsiyalarının gerçəkləşməsi üçün dövlət proqramına dəstək verməyə hazırdır.Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, "Azercell" bu ərazilərdə mobil kommunikasiya infrastrukturunun qurulmasına başlayan ilk şirkətdir”
Dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan STEVIE Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. Builki seçim zamanı ekspertlər "Azercell"in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi istiqamətindəki səylərini qiymətləndiriblər.
Hazırda 5 milyondan çox abunəçinin seçimi olan məhz “Azercell Telekom” MMC ölkədə ilk olaraq “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu sınaqdan keçirərək hazır vəziyyətə gətirib.
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən “Azercell Telekom” MMC kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır.
Qeyd edək ki, "Azercell Telekom” indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb. Müsabiqənin məqsədi dünyanın müxtəlif ölkələrində fərqli uğur qazanmış şirkətlərin tanıdılmasıdır.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb