Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin düşmə anının bort məlumatlarının qeydiyyatçısından - qara qutudan götürülmüş uçuş parametrlərinin əks olunduğu fotoşəkilləri təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatların təhlili helikopterin vertikal uçuş surətinin uçuş təlimatlarına zidd olaraq normadan artıq olduğunu və nəticədə helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olduğunu göstərir.