logo

İğdırda avtoqəzada ölən soydaşlarımızın cənazəsi Naxçıvana yola salınıb

15:37 19-12-2021 | icon 1799
İğdırda avtoqəzada ölən soydaşlarımızın cənazəsi Naxçıvana yola salınıb

Dekabrın 18-də axşam saatları Türkiyədə İğdır-İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində dünyasını dəyişən iki Azərbaycan vətəndaşının cənazəsi artıq Sarıqamışdan Naxçıvana yola salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev məlumat verib.

Bildirib ki, cənazələrin bu gün gömrük-keçid məntəqəsindən Naxçıvan ərazisinə keçməsi üçün bütün mümkün tədbirlər görülüb.

Qeyd edək ki, qəza edən avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Yaralı soydaşımızın müalicəsi Baş Konsulluğun nəzarətindədir. Xəsarət alanlardan 13-ü ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb.