Dekabrın 17-də Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə İnnovasiya Sammiti keçirilib.
YeniAvropa xəbər verir ki,rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirlə bağlı fikirlərini bölüşüb.
"İnnovasiya Sammitində çıxış edərək innovasiyaların meydana çıxması üçün əlverişli şəraitin – innovativ mühitin yaradılmasında dövlətin rolu barədə danışdım. İnanıram ki, bu cür tədbirlər ölkədə innovativ ekosistemin formalaşdırılmasına, maraqlı tərəflərin bu istiqamətdə müzakirələrə qoşulmalarına və əməkdaşlığa cəlb olunmalarına öz töhfəsini verəcək", - deyə o, qeyd edib.