logo

"AZAL" Təl-Əvivdən Bakıya gələn sərnişinlərə müraciət etdi

09:30 18-12-2021 | icon 1834
"AZAL" Təl-Əvivdən Bakıya gələn sərnişinlərə müraciət etdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərinə müraciət edib.

QSC-dən  YeniAvropa-ya bildirilib ki,  gələn il yanvarın 17-dən 31-dək Təl-Əviv hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə əlaqədar olaraq, "AZAL"ın Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.

Uçuşu bu elanda göstərilən tarixlərə düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.