Hazırda Azərbaycanda 132 min əcnəbi yaşayır. Ölkəmizdə əsasən qonşu dövlətlərdən - Türkiyə, Rusiya, İran, Gürcüstandan olan əcnəbilər daha çoxdur. Əcnəbilərin 13 faizi ölkəmizdə 15 günə qədər qalanlardır ki, onlar qeydiyyatsız yaşayırlar. Ölkədə qalma müddəti 15 gündən artıq olduqda isə artıq onlar qeydiyyata alınırlar.
YeniAvropa xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov dekabrın 17-də jurnalistlərə müsahibəsində bildirib.
İşçi kvotası ilə bağlı danışan V.Hüseynov deyib ki, 2021-ci il üçün müəyyənləşdirilmiş işçi kvotası 6740 nəfər olub. Bu göstəricilər Azərbaycanda əcnəbilərə verilən iş icazələri üçün kvotaların müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən təyin olunur. Bu il komissiyanın iclası keçirilib və müvafiq qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təklif təqdim olunub. Hesab edirik ki, gələn il üçün bu kvota artırılacaq.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Bu işləri həyata keçirən şirkətlərdə əcnəbi işçi qüvvəsinə ehtiyac var. Bununla əlaqədar gələn il əcnəbilər üçün kvotanın sayının artırılması gözlənilir. Özəl sektor təmsilçilərinə bir daha səslənirik ki, kvota və ya əcnəbi işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı