18 il əvvəl Əmircan qəsəbəsində törədilmiş qətl hadisəsinin üstü açılıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 2003-cü il dekabrın 29-da paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Qaz-24” markalı avtomobildə Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması ilə bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyənləşdirmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib. İstintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovda 2003-cü il dekabrın 29-da “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər.
Bunun üçün “Qaz 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər iki şəxs Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər. Onlar bununla qane olmayıb həmin şəxsin arvadına zəng edib ərini oğurladıqlarını bildirib, sərbəst buraxılması müqabilində pul tələb ediblər. Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqdan ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürüblər.
İstintaq zamanı hadisə yerindən götürülmüş maddi sübutlar və izlər istintaq hərəkətləri ilə bir daha yoxlanılıb. Həmin vaxt hadisə yerində aparılmış telefon danışıqları təhlil edilib. Hadisənin baş verdiyi yerin yaxınlığında yaşayan bütün şahidlər müəyyənləşdirilərək dindiriliblər.
Keçirilmiş zəruri istintaq hərəkətləri nəticəsində 2021-ci il dekabrın 15-də Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.6-cı, 120.2.9-cu və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin digər iştirakçısı olan İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işi üzrə icraata xitam verilib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib