logo

10 ayda  Azərbaycanda 92 mindən çox körpə doğulub

11:11 17-12-2021 | icon 2135
10 ayda  Azərbaycanda 92 mindən çox körpə doğulub

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 92 min 150 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, doğulanların 2346-sı əkiz, 63-ü üçəm, 4-ü isə dördəmdir.

On ay ərzində ölkədə 62 min 151 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,4 təşkil edib.