Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad edilərək Hacıqabul rayon prokuroru vəzifəsinə təyin olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. .
Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.