logo

Azərbaycan və Türkiyə əczaçılıq sahəsi üzrə memorandum imzaladı

19:46 16-12-2021 | icon 2772
Azərbaycan və Türkiyə əczaçılıq sahəsi üzrə memorandum imzaladı

"Qardaş Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzaladıq".

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" hesabında məlumat paylaşıb.

"İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik", -deyə nazir qeyd edib.