Azərbaycanla dəmir yolunun bərpası əvvəllər razılaşdırılmış iki hissəsinin tikintisinə 1,2 milyard dollar lazımdır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Onun sözlərinə görə, müvafiq maliyyə xərcləri ilə ən irimiqyaslı tikinti işləri Sünikdə (Zəngəzur) Ermənistan sərhədindən Azərbaycanın Horadizə qədər olan hissədə aparılmalıdır ki, bu da 1 milyard dollardan artıq vəsaitə başa gələ bilər.
Kerobyan vurğulayıb ki, qarşıdakı işlərin başqa bir hissəsi Meğriyə və ondan Horadiz istiqamətində yeni dəmir yolunun bərpası və mümkün tikintisidir - təxminən 200 milyon dollar.