5 il əvvəl Rusiyada qətl törədən azərbaycanlı həbs edilib
Rusiya vətəndaşı Bessonov Aleksandr Vitalyeviçin 2016-cı il aprelin 3-də Lipetsk vilayətinin Lebedyan şəhərində öldürülməsi ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlu tərəfindən törədilməsi müəyyənləşdirilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov rayon Prokurorluğuna göndərilib.
Nərimanov rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla Rəşad İsayevin 2016-cı il aprelin 3-də saat 01:00 radələrində Lipetsk vilayətinin Lebedyan şəhəri Turgenev küçəsi 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında tanışları ilə hərəkətsiz vəziyyətdə olan avtomobilin salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa edilən mahnıların müşayiəti ilə avtomobilin yanında rəqs edərkən həmin vaxt kafeyə müştəri kimi gəlmiş Aleksandr Bessonovun musiqi səsinin yüksək olması ilə əlaqədar onlara iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla A.Bessonovun sağ ayağına xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyi, nəticədə A.Bessonovun aparıldığı xəstəxanada öldüyü müəyyən edilib.
Rəşad İsayevin həmin cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən 2021-ci il dekabrın 6-da ona Cinayət Məcəlləsinin 12.1, 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan olunub.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib