Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki,, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.