15 mindən çox azərbaycanlı tələbə Rusiyada təhsil alır
Azərbaycan 30 ilə yaxın münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da, Ermənistan danışıqlardan boyun qaçırıb. 2020-ci ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə üçtərəfli Bəyanat imzalandı.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər regionda yeni reallıq yaratdı. Təbii olaraq bu reallıq qonşu və dost Rusiya ilə əlaqələrin yeni müstəviyə çıxmasına zəmin yaratdı.
YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev dekabrın 16-da ADA Universitetində "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.
Baş nazirin müavini qeyd edib ki, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur və bu əlaqələr gündən-günə inkişaf edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirlərindən bəhs edən Şahin Mustafayev yeni reallıqların yeni vəzifələr qarşıya qoyduğunu bildirib.
Ötən il ölkədə ticarət mübadiləsinin həcminin azaldığını qeyd edən baş nazirin müavini bir çox sahələrdə əməkdaşlığın aparıldığını deyib. Bu il ticarət mübadiləsinin artdığını vurğulayan Şahin Mustafayev kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının uğurla həyata keçirildiyini bildirib.
Aqroekspressin əhəmiyyətindən danışan Şahin Mustafayev həm də ölkələrimiz arasında enerji, nəqliyyat, humanitar sahələrdə əlaqələrin yüksək templə inkişaf etdiyini deyib. Bildirilib ki, hazırda 15 mindən çox tələbə Rusiyada təhsil alır, Bakıda Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir.
Ölkəmizin regionda nəqliyyat və kommunikasiyanın qurulmasında rolundan bəhs edən baş nazirin müavini deyib: “Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Zəngəzur dəhlizində gömrük postları qurulduğu halda, Laçın dəhlizində də adekvat olaraq gömrük postları qurulmalıdır”.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərindən danışan Şahin Mustafayev diqqətə çatdırıb ki, mina nəticəsində insanlar öz həyatını itirib.
Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin bundan sonra da uğurlu və davamlı olacağına əminliyini ifadə edib.
Azərbaycan və Ukrayna XİN başçılarının telefon danışığı olub
Faktiki hava:Ölkə ərazisində leysan və qar yağır, külək güclənib
Premyer Liqada yenə 10 komanda mübarizə aparacaq
İstanbulda Dünya İslam Alimlərinin Məşvərət Toplantısı keçirilir
Güzdəkdəki "Bozdağı" palçıq vulkanı yenidən püskürüb
Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirir
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
Dördqat Avropa çempionu Hidayət Heydərov dünya reytinqində liderdir
İlham Əliyev bir sıra ada dövlətlərinin rəsmilərini qəbul edib
Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi açılır
AQTA “Keşlə” bazarında nöqsanlar aşkarlayıb
Rüşvət alan daha bir SHXÇDX əməkdaşı həbs edilib
"Şahdağ"a qar yağır
Azərbaycanda 9 mindən artıq "SPİD" xəstəsi qeydiyyatdadır
Əhməd Əhmədov 5 ailə üzvünü öldürərkən anlaqsız vəziyyətdə olub
Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb
İlham Əliyev Millətlər Birliyi təşkilatının baş katibini qəbul edib
Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib
Sabah Bakıda yağış yağacaq , bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq