Azərbaycanda daha 3 qum-çınqıl yatağı özəlləşdirilib
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı təşkil olunan növbəti hərracda Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboy rayonunun “Qarasuçay” qum-çınqıl yatağının 5 hektar sahəsi, İsmayıllı rayonunun “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi istifadəyə verilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, “Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2, LOT-3, LOT-4, LOT-5, LOT-6 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 17 min 500 manat olan LOT-1 üzrə edilən son təklif 41 min manat olub. Başlanğıc qiyməti 16 min 500 manat olan LOT-2 isə 80 min 700 manata istifadəyə verilib. Ən yüksək rəqabət LOT-6 üzrə müşahidə edilib. Belə ki, başlanğıc qiyməti 15 min 900 manata olan LOT-6 üzrə edilən son təklif 97 min 200 manatadək yüksəlib.
“Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2 üzrə keçirilən hərracın qalibi “Azeri Mining Group” MMC, LOT-3, LOT-4 üzrə qalib “KANT-2S” MMC, LOT-5, LOT-6 üzrə qalib fiziki şəxs İlham İsmayılov olub. “Qarasuçay” və “Girdimançay” qum-çınqıl yataqları üzrə keçirilən hərracın qalibi isə müvafiq olaraq “23№li Yol İstismarı” MMC və “Muğan-KİTT Şirkəti” MMC olub.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3F06SWi)
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 24-ü və yanvarın 17-də keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 20 faydalı qazıntı yatağı istismara verilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb