Gələn il yanvarın 1-dən “S7 Airlines” aviaşirkəti Mahaçqala hava limanından Bakıya reyslər açacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Mahaçqala hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar şənbə günləri 176 sərnişin tutumuna malik komfortlu “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.