Goranboyun İravanlı kəndinin yaxınlığında yer şumlayan traktor qaz xəttini zədələyib.
YeniAvropa xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib. Qeyd edilib ki, hadisə nəticəsində İravanlı və Boluslu kəndinin 600-ə yaxın abonenti qazsız qalıb.
"Hazırda əraziyə "Azəriqaz"ın əməkdaşları cəlb olunub.Qəzanın nəticələri aradan qaldırılır",-deyə məlumatda bildirilib.