logo

Bakıda Özbəkistan məhsullarının sərgisi açılıb

14:54 15-12-2021 | icon 2296
Bakıda Özbəkistan məhsullarının sərgisi açılıb

Bakıda Özbəkistanın 80-dən çox müəssisənin iştirak etdiyi “Made in Uzbekistan” sərgisinin açılışı keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə Özbəkistan Sərmayələr və Xarici Ticarət Nazirliyi yanında İxracatı Təşviq Agentliyinin direktoru Uluqbek Muradov iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın dayanıqlı mexanizmlər yaratmağın vacibliyini söyləyib.

Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov “Made in Uzbekistan” sərgisində kənd təsərrüfatı, toxuculuq, inşaat materialları kimi müxtəlif sahələrin təmsil olunduğunu deyib: “Ölkələrimizin iqtisadi əməkdaşlığı müvəffəqiyyətlə inkişaf edir. 2010-cu ildə Daşkənddə Azərbaycan kənd məhsulları sərgisi keçirildi, son illər isə bu kimi sərgilər həm Bakıda, həm də Daşkənddə təşkil olunması aramızdakı əməkdaşlıq əlaqələrinin çoxşaxəli olmasına dəlalət edir”.

Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmmədcan Batırəliyev də Azərbaycanla iqtisadi ticarət əlaqələrini bundan sonra da inkişaf etdirmək niyyətində olduqlarını deyib.

Sərgi çərçivəsində Azərbaycan və Özbəkistan iş adamları arasında B2B formatında görüşlər keçiriləcəyi gözlənilir.