logo

Astarada həkim səhlənkarlığından xəstə öldü

10:15 15-12-2021 | icon 1568
Astarada həkim səhlənkarlığından xəstə öldü

Astara rayonunun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın oktyabrın 10-da “dərman zəhərlənməsi” diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasında daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Elnarə Əliyevaya göstərilmiş tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verdiyi müəyyənləşdirilib.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.