Bu gün paytaxtın Xətai rayonunun bir hissəsində su kəsiləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.