logo

Gədəbəy və Tovuzda zəlzələ olub

20:13 14-12-2021 | icon 1883
Gədəbəy və Tovuzda zəlzələ olub

Dekabrın 14-də yerli vaxtla saat 19:31-də Ermənistan ərazisi, Göyçə gölü yaxınlığında zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanlar Gədəbəy və Tovuz rayonlarının sərhədə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.