QHT Agentliyi 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə elan etdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqi keçirilib.
YeniAvropa xəbər verir ki, brifinqdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün kiçik qrant müsabiqəsinə təqdim edilən layihələr barədə məlumat verib. İcraçı direktor bildirib ki, qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsilə həyata keçirilib. İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edən 7 istiqamət üzrə 478 layihə təqdim olunmuşdur. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib (təşkilatın təqdim etdiyi dövlət reyestrindən çıxarışda qanuni təmsilçinin səlahiyyət müddəti bitdiyindən), 452 layihə qəbul edilib. Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib. 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.
Sonra mətbuat nümayəndələrinə Agentliyin loqosu təqdim olunub. Loqo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar mərkəzi tərəfindən hazırlanıb. Ümumilikdə loqo ona sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsinə dəstək verməklə yanaşı, həm də həmin şəbəkəni daim nəzarətdə saxlayan qurumu ifadə edir. Simvolda dairənin daxilində yerləşən işarələr dəstək göstərən quruma sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsini 8 guşəli ulduz dövləti, kənarlarından əks olunan yarım dairəvi fiqurlar isə qayğını, işarə sayının məhz 3 ədəd olması isə ölkəmizdə 3-cü sektora aid olan vətəndaş cəmiyyətini ifadə edir.
Daha sonra Agentliyin əməkdaşları müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələrini elan ediblər.
Sonda media nümayəndələrinə Agentliyin loqosu əks olunan xatirə hədiyyələri təqdim olunub.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib