Azərbaycan və Türkiyə Gürcüstanın ticarət tərəfdaşları arasında liderdir.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxışı zamanı məlumat verib.
Nazir qeyd edib ki, sərmayə baxımından da Azərbaycan və Türkiyə Gürcüstan üçün aparıcı investorlardır. Gürcüstanda Azərbaycan və Türkiyə sərmayəsi ilə qurulan 1000-dək şirkət fəaliyyət göstərir.