logo

Azərbaycan Gürcüstana 3,3 milyard dollar investisiya yatırıb-Nazir

14:32 14-12-2021 | icon 2352
Azərbaycan Gürcüstana 3,3 milyard dollar investisiya yatırıb-Nazir

“Azərbaycanla Gürcüstan arasında əlaqələr getdikcə dərinləşir. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı məcburi məhdudiyyətlərə baxmayaraq ikitərəfli ticarət dövriyyəsi sürətlə artır”.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumda çıxışı zamanı bildirib.

“Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33 % artıb. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrindəndir. Bu günə qədər 3,3 milyard ABŞ dolları investisiya qoyulub. Biz yeni layihələrin həyata keçirilməsində maraqlıyıq”, - o deyib.

M. Cabbarovun sözlərinə görə, Azərbaycan Gürcüstanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır: "İnanıram ki, gələcəkdə iş adamlarının fəaliyyəti azad eidlmiş ərazilərdə yaranan yeni imkanların əldə edilməsi ilə nəticələnəcək".

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur.

"Yüksək səviyyəli qonşuluq əlaqələri bundan sonra da daha da yüksək səviyyədə olacaq. Gürcüstan hökuməti olaraq gələcək iş birliyimizi genişləndirməyə hazırıq. Bu cür biznes forumlarının ənənə halına gəlməsini alqışlayırıq. Bu formatda iş görüşlərinin gözəl layihələrin həyata keçirilməsi baxımdan çox mühümdür. Bizim 2021-ci il üzrə əməkdaşlıq nəticələri çox məmnunedicidir. Gələn illərdə də energetika, sənayə, kənd təsərrüfatı sahəsində əməkdaşlıqları genişləndirmək üçün imkan var".

O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yoıu, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələri bölgənin təhlükəsizliyi baxımından çox vacibdir: "Bu toplantı çox məhsuldar olacaq, iqtisadi əlaqələrimiz daha da genişlənəcək".