"Azercell Biznes"dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi!
Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib korporativ strukturlar üçün ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəkilində Əşyaların İnternetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə verir.
Müasir zamanda “IoT” həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır.
“Azercell”in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri bunlardır: Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin faydalılıq dövrünü uzadır; yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir; müştəri xidmətini genişləndirir; yeni mobil xidmətlərin göstərilməsinə imkan verir; işçilərin təhlükəsizliyini və mühafizəsini artırır; ekoloji məsələləri diqqətdə saxlayır; kompleks şəklində rabitə xidmətlərinin vahid etibarlı tərəfdaş tərəfindən təmin edilməsi.
Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərinin artması kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə aldıqda “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həll logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və sair kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaq.
“Azercell Biznes” öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi komandası ilə həllin quraşdırılması, texniki xidmət və müvafiq təlimlərin keçirilməsi, həmçinin sonrakı dövrdə texniki dəstəyin göstərilməsini də öz üzərinə götürür.
“Azercell”in yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycanda və ölkə sərhədlərindən kənarda onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə, həll mühərrikin işi, mexaniki hissələrin vəziyyəti, hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznesim Nəqliyyat”, həmçinin sürət həddi, sərt əyləc istifadəsi və və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir.
“Azercell”in korporativ müştəriləri “Biznesim Nəqliyyat” həllinin köməyi ilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında səmərəli, təhlükəsiz, müştəri yönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.
Daha ətraflı məlumat üçün bu linkə keçid ala bilərsiniz: https://www.azercell.com/az/corporate.html . Korporativ Telefon Mərkəzi -*6050
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb