logo

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir

11:12 14-12-2021 | icon 2184
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir

Dekabrın 14-də Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir.

 YeniAvropa xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bu formatda görüşlərin təşkili ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu və sair üçün münbit şərait yaradır: “Bu il bir sıra türk şirkətləri ilə sazişlər, anlaşma memorandumları imzalanıb. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Türk iş adamlarının ölkəmizdə olması iqtisadi münasibətlərə böyük təkan verəcək. Gürcüstan ilə ticarət dövriyyəmiz də artmaqdadır”.

Forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələr və sair məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində qonaqlar Ələt Azad İqtisadi Zonasına və Sumqayıt Kimya Sənaye Parkına səfər edəcəklər.

Qeyd edək ki, üçtərəfli forum 2012-ci ildən keçirilir. Bu gün Bakı sayca 6-cı üçtərəfli biznes foruma ev sahibliyi edir.