Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2022-ci il üzrə büdcə layihəsi, DNF-in İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.
İclasda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Azərbaycan prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.