Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Fərid Fərhad oğlu Mustafayevə qonşusu Bakı şəhər sakini Azər Tofiq oğlu Quliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman hamam dəsmalına hopdurulmuş 0,361 qram çəkidə heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.