logo

Dönərdən zəhərlənən 8 nəfər xəstəxanadan evə buraxılıb

17:59 13-12-2021 | icon 2037
Dönərdən zəhərlənən 8 nəfər xəstəxanadan evə buraxılıb

Ötən gün paytaxtda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfər evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağala biliblər.

Xatırladaq ki, 1-i qadın olmaqla xəstəxanaya qəbul olunan 8 nəfərin hər biri ötən gün müxtəlif saatlarda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.

Həmçinin baş verən hadisənin səbəbləri, eləcə də qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən də araşdırmalara başlanılıb.