logo

Kürdəmirdə dəmir yol xəttindən oğurladıqlarını Bakıda sata bilmədilər

13:59 13-12-2021 | icon 1974
Kürdəmirdə dəmir yol xəttindən oğurladıqlarını Bakıda sata bilmədilər

Bu il avqustun 21-dən 24-dək olan müddətdə Kürdəmir rayonunun Sığırlı dəmir yolu xəttindən 200 metr dirəklərarası naqil, Padar-Qarasu dəmir yolu xəttindən 180 metr tros və Pirsaat-Hacıqabul dəmir yolu xəttindən 50 metr tros oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Mövlanov və qardaşı Baş Cinayət Axtarışı İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi və Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, onların barələrində aparılmış tədbirlərlə həmin şəxslərin oğurladıqları əşyaları Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsində satmaları da müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.