logo

Polis yoxlamaları: 21 ədəd ov tüfəngi götürüldü

11:55 13-12-2021 | icon 1799
Polis yoxlamaları: 21 ədəd ov tüfəngi götürüldü

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.

Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı dörd ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.