Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Bondarenko Tatyana Kirillovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.