logo

Sinoptiklərdən güclü külək, intensiv yağış və qar xəbərdarlığı

15:11 11-12-2021 | icon 2072
Sinoptiklərdən güclü külək, intensiv yağış və qar xəbərdarlığı

Sinoptiklər Azərbaycanın rayonlarında gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq dekabrın 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dekabrın 14-də dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.