logo

Paytaxt sakinini hədələyərək 100 min dollar tələb edən şəxs tutuldu

14:44 11-12-2021 | icon 2065
Paytaxt sakinini hədələyərək 100 min dollar tələb edən şəxs tutuldu

Yasamal Rayon Polis İdarəsinə paytaxt sakinindən hədə-qorxu yolu ilə 100 min ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 min ABŞ dollarını alarkən Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.