Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə İsmətli kəndindəndə qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Vüqar Bulud oğlu Dövlətov "Neastol" adlı kimyəvi məhlul içib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.