logo

Marşrut avtobus sürən koronavirus xəstəsi saxlanıldı

19:11 10-12-2021 | icon 2002
Marşrut avtobus sürən koronavirus xəstəsi saxlanıldı

Abşeron rayonunda sərnişin avtobusu idarə edən koronavirus xəstəsi polislər tərəfindən saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü aşkar edilib.

Polis əməkdaşları 523 saylı marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Abşeron rayon sakini Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər.

Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində araşdırmalar başlanılıb.