logo

"Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının 9,99 %-ni alır

17:07 10-12-2021 | icon 2968
"Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının 9,99 %-ni alır

Tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət edilməsi məsələsi üzrə aparılacaq danışıqlardan sonraRusiyanın  "Lukoil" şirkəti  Malayziyanın “Petronas” şirkətinin  “Şahdəniz” layihəsindəki payından alacağı hissəni 15,5 %-dən 9,99 %-ə endirəcək.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Razılaşmanın məbləği isə 2,25 milyard ABŞ dollarından 1,45 milyard ABŞ dollarınadək azalacaq.

Razılaşmanın 2022-ci ilin yanvar ayında qapadılması gözlənilir.

Xatırladaq ki,  “Şahdəniz” yatağındakı 15,5 faizlik pay əvvəllər Norveçin “Statoil” şirkətinə məxsus olub. 2015-ci ildə Norveç şirkəti öz payını  “Petronas”a sataraq layihəni tərk edib.

Ötən həftə isə  "BP" şirkəti "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16 faiz iştirak payını 168 milyon ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib.