Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı dekabrın 9-da baş tutan növbəti hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, hərrac qaydasında istifadəyə verilmiş faydalı qazıntı yataqları üzrə qaliblərin siyahısı və digər məlumatlarla https://bit.ly/3oDoGRu linkdən tanış olmaq olar.
Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 14-ü, 24-ü və yanvarın 17-də keçiriləcək.
Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.