Dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv olunmasına etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin iki üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.