Bakıda Gənc Sahibkarların II Forumu keçirilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənc Sahibkarların II Forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının və gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən işlər barədə məlumat verib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış imkanlar və bu sahədə KOBİA-nın xidmətləri barədə fikirlərini bölüşüb, forumun əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun fəaliyyəti və sahibkarlara göstərilən dəstək barədə danışıb.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fond tərəfindən gənclərin bilik və bacarıqlarının inkişafı, eləcə də müvafiq təşəbbüs və layihələrin müxtəlif formalarda dəstəklənməsi məqsədilə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli özünüməşğulluq proqramının gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün önəmini vurğulayıb, rəhbərlik etdiyi qurumun özünüməşğulluğun təmin olunması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov Forumun gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu və artıq ikinci dəfədir keçirildiyini qeyd edib.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Forumda, həmçinin gənc sahibkarlar biznesin qurulmasına dair uğurlu təcrübələrini, bu sahənin inkişafına töhfə verə biləcək tədbirlər barədə fikirlərini bölüşüblər.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb