Media Reyestrinin yenilənməsi jurnalistlərin fəaliyyətinin səmərəliliyinin artıracaq
Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, müasir dövrün çağırışlarına uyğunlaşdırılıb. Burada məqsəd həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyətini daha səmərəli təşkil etməkdir.
YeniAvropa xəbər verir ki, bu barədə “Media haqqında” qanun layihəsində bildirilib.
Qeyd olunub ki, reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Eyni zamanda, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək.