logo

Bakıda XI Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

20:20 09-12-2021 | icon 3003
Bakıda XI Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək
XI Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.
 
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, digər ölkələrlə, xüsusilə də Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət verilir: "Rusiyanın 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir. Onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir. Rusiya-Azərbaycan regionlararası forumu kifayət qədər tələb olunan məkandır. Gələn il on birincisi olacaq bu tədbir Azərbaycanda keçirilməlidir".

M.Zaxarova qeyd edib ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Azərbaycana səfəri uğurlu keçib: "Bakıda Həştərxan iş mərkəzinin açılış mərasimi keçirilib. Səfərin yekununda Həştərxan vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb".