Energetika naziri Pərviz Şahbazov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, energetika sahəsində münasibətlərin müzakirə edildiyi görüşdə səfir Volfqanq Maniq nazir Pərviz Şahbazova növbəti il martın 29-30-da keçirilməsi planlaşdırılan “8-ci Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransa dəvət məktubu təqdim edib.