logo

Erməni hakerlər Azərbaycan Mərkəzi Bankına kiberhücüm təşkil ediblər

15:05 09-12-2021 | icon 3101
Erməni hakerlər Azərbaycan Mərkəzi Bankına kiberhücüm təşkil ediblər

44 günlük Vətən müharibəsi dövründə ilk kiberhücumlardan biri məhz Azərbaycan Mərkəzi Bankının sistemlərində qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakerlərin digər hədəfi isə kommersiya banklarının sistemləri olub.

"Hakerlərin növbəti addımı fişinq hücumları olub ki, burada həm banklar, həm də Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi adından "fake" paylaşımlar olub. Bu istiqamətdə vətəndaşlar mütəmadi olaraq məlumatlandırılırdı ki, analoji hücumların qurbanı olmasınlar", - deyə T.Məmmədov qeyd edib.