Sabah Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib. Qeyd edilib ki, məhdudiyyət magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.