logo

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatdırılıb

14:29 09-12-2021 | icon 2772
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatdırılıb

SOCAR AQŞ 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırıb.

Şirkətdən YeniAvropa-ya bildirilib ki, quyu yekun təsdiqlənmiş profilə uyğun olaraq qazılıb və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.

Quyunun qazılması zamanı Sağlamlıq Texniki Təhlükəsizlik Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun işlər aparılıb, heç bir bədbəxt hadisə, zədələnmə, quyuda udulma və ya təzahür baş verməyib.

356 saylı quyunun 8 ½ seksiyasının (ikinci lülə) qazılması zamanı qazma alətinin aşağı hissəsində təkmilləşdirmə aparılıb və seksiya tam profilə uyğun olaraq qazılıb.

Nəticədə 7 istismar kəməri uğurla endirilərək sementlənib və sifarişçiyə yüksək hasilatla təhvil verilib.

SOCAR AQŞ-nin baş direktoru Samir Mollayev deyib: “Quyunun qazılmasında iştirak edən, yaranan çətinliklərin həllində öz töhfəsini verən, qərarların icrasına məsuliyyətlə yanaşan və əməliyyatların düzgün qaydada yerinə yetirilməsində rolu olan SOCAR-ın “Azneft” İstehsalat Birliyinə və SOCAR AQŞ-nin hər bir əməkdaşına təşəkkür edirik. Biz inanırıq ki, gələcəkdə də quyular planlaşdırılmış qaydada heç bir problem yaşanmadan qazılacaq və əməliyyatlar uğurla icra olunacaq”.