logo

Xəzərdə tapılan insan qalıqlarının kimə məxsusluğu bəlli oldu

11:33 09-12-2021 | icon 1778
Xəzərdə tapılan insan qalıqlarının kimə məxsusluğu bəlli oldu

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, meyit qəzada ölən neftçilərdən birinə - Bəhmən Cəfərova məxsusdur.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu məsələ ilə bağlı 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərovun oğlu da ekspertizaya cəlb olunub. Lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb.

Qeyd edək ki, 2015-ci ildə Xəzər dənizində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.